Dəfələrlə Ölkəmizin, ən əsas da cənub meşələrində və Hirkan Milli Parkında olan qiymətli ağacların "işlik" material kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "meşə quldurları" tərəfindən kəsilib satıldığın xəbər portallarımızda qeyd etmişdik. Amma buna baxmayaraq Ekologiya Nazirliyi tərəfindən bu "yaşıl soyqırımla" bağlı hər hansı bir tədbir görülməmişdir və görünür Ekologiya işçiləri özləri maraqlıdır bu qiymətli ağacların məhv olub "soyqırıma" məruz qalmasına. DİA.AZ bildirir ki, bu barədə "azinfo.tv" məlumat yayıb.
Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Hirkan Milli Parkının Diryan meşəbəyliyin Asəf Şıxicanovun mühafizə etdiyi meşədə "Lıxi diqo" deyilən yerdə "işlik" matiral cəkilir. Sözügedən "işlik" materialları çay qırağı kəsillər ki, ağacların pinləri suya tökülüb aradan getsin ki, sabah yoxlama olan zaman iz qalmasın. Bu çirkin işin başında ETS nin müavini Vüqar Kərimov, 1 saylı Regional Ekologiya İdarəsinin rəisi Şakir Quliyev və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevin durduğu deyilir. Şakir Quliyev 1 saylı Regional Ekologiya Idarəsinə rəis gələndən sonra, özünü göstərmək üçün Hirkan Milli Parkında "yaşıl terrorun" qarşısına almışdı və bu yaxınlarda yenə orada olan iridiameyrli ağaclar "işlik" material kimi yerli Ekologiya işçilərinin əli kəsilib satılmağa başladı.
Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.
Hirkan Milli Parkında TƏHLÜKƏLİ MƏNZƏRƏ - Diqqət, SOS!!!
16
dekabr
11:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat