Bakıda taksidə növbəti dəfə əxlaqsız təklif edilib.
Sosial şəbəkədə yayılan videoda xanım müştərinin taksi sürücüsünü evinə dəvət etdiyi bəlli olur.
Sürücü isə ona evli olduğunu deyir və mədəni şəkildə bu təklifdən imtina edir.
Xanım isə cavabında: "Sənin avtomobilinin nömrəsini götürdüm. Şikayət edəcəm ki, sən mənə əxlaqsız təklif etmisən” deyir.
Bəzi istifadəçilər bu videonun həqiqət olduğuna inanmadıqlarını yazıblar.
AZXEBER.COM taksi sürücüsü Mahir Əliyevlə əlaqə saxlayıb.
O hadisə haqqında deyib:
"Hadisə gece saatlarında baş verdi. Xanım yolda əl etdi, saxladım, maşına əyləşdi. Daha sonra başladı danışmağa, məndən nömrəmi istədi, dedi başqa bir-iki yerə dəyməliyik. Dedim, xanım gecdir, mən artıq evə getməliyəm. Hansı ünvana deyirsinizsə, sizi düşürüm, çünki evə getməliyəm. Sonra yolda saxlatdırdı, köşkdən nələrsə aldı, gəldi maşına əyləşdi. Daha sonra yenə başladı belə danışmağa. Mən ondan şübhələndim, qeyri-adi nəsə var idi, videonu açdım ki, nəsə olsa əlimdə sübut olsun. Sonra məndən şəxsi məlumatlarımı maraqlanmağa başladı".
Sürücü deyib ki, ünvana çatanda ona əxlaqsız təklif edilib:
"Sonra ünvana çatanda dedi ki, təkəm, sizlə birlikdə getmək olar? Mən də təbii ki, imtina etdim. Dedi, səndən şikayət edəcəm. Hələ maşınımın nömrəsini də çəkdi. Ondan sonra 3 gün keçib, şikayət-filan olmayıb. Mən gözlədim nəsə edərsə, bu video əlimdə sübut kimi olsun, paylaşmaqda məqsədim də o oldu ki, taksi sürücüləri bunu görüb maariflənsinlər, daha tədbirli olsunlar".
Həmin videonu təqdim edirik:
Bakıda taksidə şok olay: Qadın taksi sürücüsünü evinə dəvət etdi – VİDEO
21
dekabr
11:31

Qarabağ
KOMMENTLƏR
Bakıda taksi sürücüsü gənc aktrisaya qarşı seksual hərəkətlər etdi
Taksi sürücüsü işləyən meyxanaçı sərnişinlə dalaşdı - Məsələyə polis qarışdı
Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qaldı
Bakıda taksi sürücüsünə əxlaqsız təklif - Ehtiraslı kişilərə... VİDEO
Bəzi taksi sürücülərinin xanım sərnişinlərə yazdığı qeyri-etik MESAJLAR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat