Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılması məsələsinə münasibət bildirib.
Komitə sədri bildirib ki, Yevlaxdakı məsələ problemlərin, neqativ meyllərin hələ də qüvvədə olduğunu göstərir: “Bunlarla bağlı cəmiyyət olaraq birgə fəaliyyət istiqamətlərini düşünməliyik. Əmi tərəfindən belə bir hərəkətin baş verməsi nə deməkdir? Bu, ağlasığmayan bir haldır. Belə hal baş verirsə, insanın fərdi psixoloji durumuna bağlı bir məsələdir".
B. Muradova hadisənin Komitənin diqqətində olduğunu qeyd edib: "Hüquq-mühafizə orqanları ilə birlikdə prosesə cəlb olunmuşuq. Əlbəttə ki, üzərimizə düşən vəzifələri yerinə yetiririk. Hüquqi dəyərləndirmədən sonra qızın gələcək taleyi, psixoloji vəziyyəti ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik. Belə məsələlərə yalnız hüquqi müstəvidə qiymət verməliyik. Hər kəs törətdiyi belə hüquq pozuntusuna və cəmiyyətin birgə yaşayış qaydalarına zidd əmələ görə mütləq cəzalanmalıdır. Cəzalandıqda da cəmiyyət bunu adekvat qəbul etməli, hansısa təzyiq aləti kimi görməməlidir”.
Komitə sədrindən 13 yaşlı qızın əmisi tərəfindən qaçırılmasına REAKSİYA
22
dekabr
13:11

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər