Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd dünyasını dəyişib.
Aparıcı Elgiz Əkbər yardım üçün ona müraciət edən Məmməddən danışıb. O bildirib ki, həkim əvvəlcədən onun dünyasını dəyişəcəyini deyib:
"Verilişə gəlmişdi, gözümün içinə baxırdı, mən baxa bilmirdim. Gözümü yayındırırdım. Biz onu klinikaya göndərdik, yoxlama oldu. Axşam cavab gəlməliydi, amma olmadı. Bir gündən sonra həkim gəldi, verilişdə reklam fasiləsində məni çağırdı. Dedi ki, şiş metastaz verib, vurub başına. Başı getdikcə şişir. Onu xilas etmək mümkün deyil. Tapşırdı ki, ailəsinə deyin, evdə qalması münasibdir. Bir neçə günün qonağıdır. Elə də oldu, bir neçə gün sonra səhərə yaxın saat 5-də vəfat edib".
Qeyd edək ki, M.Zeynalov ağ ciyər xərçəngindən əziyyət çəkirdi. O, eyni zamanda 6 ildir dializə gedir. Bir neçə gün əvvəl isə Məmmədin beynində şiş aşkarlanmışdı./Axşam.az
Həkim niyə Məmmədi xəstəxanaya qəbul etməyib?
27
dekabr
17:10

Qarabağ
KOMMENTLƏR
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür
- Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən azad etdi
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....