"Türkiyə və Azərbaycan hazırda çətin günlərini yaşayan Qazaxıstana humanitar sahədə ciddi dəstək verə bilər”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Türkiyə və Azərbaycanın qardaş qazax xalqına yaranmış böhranı aradan qaldırmaq üçün nə kimi yardım edə biləcəyi sualına cavabında deyib.

Deputat qeyd edir ki, Azərbaycan və Türkiyə Qazaxıstana Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstək verib: 

"Qazaxıstanda məlum iğtişaşlardan sonra artıq həyatın tənzimlənməsi prosesi gedir. Bu ölkədə baş verən iğtişaşlar mahiyyət etibarı ilə xaricdən istiqamətlənib. Qazaxıstan hökuməti ölkədə sabitliyin təmin edilməsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib və bu xahiş yerinə yetirilib. Qazaxıstanın bu ağır günündə Türk Dövlətləri Təşkilatı da reaksiya verib. Bu da gözlənilən idi. Çünki dostlar çətin məqamlarda bir-birinin yanında olmalıdır. Türk Dövlətləri Təşkilatı situasiya ilə bağlı bəyanat verərək, Qazaxıstan dövləti və xalqının yanında olduğunu bildirib və proseslərin siyasi yolla tənzimlənməsinin vacibliyini qeyd edib”. 
 
 

Real dəstəyə gəldikdə, E. Nəsirov düşünür ki, Ankara və Bakının Nur-Sultana başlıca dəstəyi humanitar müstəvidə ola bilər: 

"Prosesin gedişində Qazaxıstan iqtisadiyyatı və infrastrukturuna ağır zərbə endirilib. Belə olan vəziyyətdə humanitar xarakterli müəyyən məsələlərin öz həllini tapmasında Türkiyə və Azərbaycan qazax xalqına dəstək verə bilər. Bakı ilə Ankaranın məhz bu istiqamətdə addım atacaqları istisna deyil. 

İki qardaş ölkənin digər qardaşa infrastrukturun bərpasında ciddi yardım əlini uzatması gözləniləndir. Qazaxıstanda bu günlərdə COVİD-in yeni ştamı da yayılıb. Bu fonda fikrimcə, pandemiya ilə mübarizədə ciddi təcrübə əldə edən Azərbaycanın həmin istiqamətdə dəstək verməsi daha inandırıcı və məqsədəuyğun olardı”. 
скачать dle 12.1