Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirlən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Polis Şöbəsinə rayonun Gərəkli kənd sakini Elşad Əzizovun həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olub.
Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb, E.Əzizovun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı bostan bitkilərinin becərildiyi ərazidə, eləcə də tövlənin çardaq hissəsində ot bağlamalarının arasında dibçəklərdə, dəmir və plastik qablarda xüsusi qulluq göstərilən 239 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. E.Əzizov törətdiyi cinayət əməlini etiraf edib və çətənə bitkilərini yetişdirib qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Elşad Əzizov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
22
avqust
11:11

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat