Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın nişan tarixi bəlli olub. 
Sənətçinin övladının şad günü yanvarın 26-da baş tutacaq. Aysun sosial şəbəkədə paylaşımlar edərək nişana hazırlaşdığını bildirib.
O, instaqram hesabında fərqli və müxtəlif modellərdə olan libas görüntüləri yayımlayıb. Geyimlər açıq-saçıqlığı ilə diqqət çəkib. Aysun nişanı üçün seçəcəyi libasın tamamilə qapalı olacağını bildirib.
Xatırladaq ki, İsmayılova bir neçə gün əvvəl öz ad günündə sevdiyi şəxsdən evlilik təklifi alıb. O, sosial şəbəkə hesabında video yayımlayaraq yaxın günlərdə subaylığın daşını atacağını bildirib.
  
 


 

 

 

 
 
 скачать dle 12.1