"2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur”.
Bu barədə Qaynarinfo-ya uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülərdən danışarkən deyib.
"Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb”, - R.Mirzəliyev böyük rezonans doğuran hadisə ilə bağlı saytımıza açıqlamasında bildirib.
O, bunları əlavə edib:
"Hazırda hadisə ilə bağlı istintaq gedir. Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllimə məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı da övladım evdə hər hansı bir söz deməyib”.
Rəşid Mirzəliyev uşağının səhəttindən də söz açıb:
"Hazırda övladımın səhhəti normaldır. Hər hansı bir problem yoxdur”.
Bağçada körpəsinə şiddət göstərilən ata danışdı - VİDEO
14
yanvar
11:48

Qarabağ
KOMMENTLƏR
Bağçada azyaşlını vuran qadın onun qohumu imiş
Bağçada azyaşlını vuran tərbiyəçi İŞDƏN QOVULDU
Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçinin fəaliyyəti məhdudlaşdırıla bilər
“O “canavar“ mütləq məsuliyyətə cəlb olunmalıdır“ - Brilliant Dadaşova
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər