"Araz" marketdən şikayətlər az imiş kimi... - İndi də "NOVAS" YÜKÜ...
Qarabağ
Sanki "Araz" marketlər şəbəkəsindən şikayətlər az imiş kimi, indi də bu şəbəkənin rəhbərliyi icarədarı ilə bağlı hesabat vermək zorundadır. DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdə artan vətəndaş şikayətlərindən anlaşılır.
"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rüfət adlı istifadəçi maraqlı bir durumla üz-üzə qaldığını deyir. "Araz" marketinin "Novas" bölümündən aldığı məhsula görə, cavabdeh şəxsi müəyyən edə bilmir.
Narazı vətəndaş yazır: "Şikayətim "Araz" Marketlər şəbəkəsində olan "Novas" bolumundəndir. Artiq necənci dəfədir ki, bu mağazadan aldiğim mallarin vitrin qiymətləri ilə kassa qiymətləri düz gəlmir.
"Araz"ın nəzarətcilərinə yaxınlaşıb nəsə deyəndə, onlar "Novas"ın "Araz"da icarədar olduğunu və heç bir şey edə bilməyəcəklərini" deyirlər.
"Novas" rəhbərliyi bu barədə bir ölçu götürsə, yaxşı olar..."скачать dle 12.1