Paylaşımda qeyd olunur ki, Elgün Həbibullayevin tək Panda Kids’i və mənzilinin dəyəri 2 milyon manatdan çoxdur: “Elgün Həbibullayev Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl də hazırda Bakı meri olan Eldar Əzizovun komandasında Gəncə və Sumqayıt şəhərlərində işləyib E. Həbibullayev “Panda Kids” mağazalar şəbəkəsinin də sahibidir. “Port Baku” yaşayış kompleksində yaşayır. “Panda Kids” mağazaları və yaşadığı ev ilə birlikdə ümumi əmlakının qiyməti 2 milyon AZN-dən çoxdur.
