Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"APA" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə İsmayıl Məmmədovun vəkili Qanqa İbrahimov bildirib ki, işə yeni qoşulub, cinayət işinin materialları ilə tanış olmayıb. O, bu məqsədlə məhkəmədən ona vaxt verilməsini xahiş edib.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi də iştirak edib. O bildirib ki, elektron formada məhkəməyə vəsatət göndərib. Hakim həmin vəsatətin növbəti iclasda müzakirəyə çıxarılacağını deyib.
Hazırlıq iclası yanvarın 25-nə təxirə salınıb.
Qeyd edək ki, ötən il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Şöbədə arvadını güllələyən polisin məhkəməsi başladı
18
yanvar
17:18

Qarabağ
KOMMENTLƏR
Şöbədə arvadını öldürən sabiq polisə 18 il HƏBS CƏZASI VERİLDİ
Şöbədə arvadını güllələyən polis serjantına əlavə ittiham verilməsi tələb olunub
"Şokda olub güllə atmışam" - Arvadını bölmədə öldürən polis
Prokurorluq Bakıda arvadını öldürən polislə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
Bakıda polis şöbəsində arvadını öldürən polisin görüntüləri - FOTOLAR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat