Artıq bir neçə aydır ki, Ekologiya Nazirliyində olan problemlərlə, ən əsas da meşələrimizdə olan "yaşıl terrorla" bağlı şikayətlərin artmasına baxmayaraq, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər hansı bir tədbir görülməmişdir. Redaaksiyamıza şikayət ünvanlayan şikayətçilərin dediyinə görə, bu "meşə soyqırım"ının başında nazir müavini Vüqar Kərimov dayanır. DİA.AZ xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.
Redaksiyamıza Cəlilabad və Masallıdan olan bir qrup şikayətçinin verdiyi məlumata görə, onların şikayətinə hələ də baxılmır və hər dəfə bir saxta məktub yazıb onların üzərinə guya cavab olaraq yollayıllar. Vətəndaşlar bildirirlər ki, dövriyyədə olan 1000.00 ha əkindən 800 hektarı baxımsızlıqdan tamam batıb, bunlar isə bizim şikyətlərdən sonra bu batkını azaldaraq 601.00 hektar yazıblar və guya, həmin 601.00 ha batkının 72.00 hektarın son 3 ay ərzində bərpa ediblər. Bu isə açıq-aydın ağ yalandır. Əvvəla biz tələb edirik ki, 500.000 manatdan çox dövlət vəsaiti xərclənən əkin niyə batmalıdır?
Bu batkıların əvəzinə kim ödəyəcək?
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi bu batan əkinləri hansı hesabla bərpa edir və ya edəcək?
Bərpa etdikləri 72.00 ha əkini gəlib göstərsinlər görək haradadır?.
Bunlar, belə yalan məlumat verməklə cənab Prezidenti və xalqı aldadırlar.
Biz, verdiyimiz şikayətlə dövlət əleyhinə bir şey danışmırıq, əksinə olaraq dövlətimizin mənafeyini qoruyuruq və deyirik ki, bu qədər dövlət əmlakın ( meşələrimizdə olan qiymətli ağacları "işlik" material kimi kəsilərək sexlərə daşınır, meşə torpaqları qazılıb satılır, dövlət meşə fondu torpaqları tikinti məqsədilə vətəndaşlara satılır, əkinlərə ayrılan dövlət vəsaiti saxta yolla yeyılır, meşələrdə mal-qara saxlanılır və dövlət meşə fondunada 100 və 200 hektarlarla mal-qara örüşlər verilib və s) bunlar, belə dağıdırlar. Masallı Regional Meşə Təsərrüfatında yazılan sənədlərin 80% saxtadır.
Biz, Prezident Aparatından, Dövlət Təhlükəsizlik Xidmətindən, Baş Prokurolluğdan və Daxili İşlər Nazirliyindən xahiş edirik bu işdə bizə kömək olsunlar və bizdə hamımız bir sinif kimi kollektiv şəkildə onlara kömək edib bu cinayətkar dəstənin etdikləri cinayətlərin üzə çıxmasında köməklik göstərməyə hazırıq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq...
ETSN rəhbərliyi Vüqar Kərimovla BACARA BİLMİR? - İDDİA
21
yanvar
11:21

Qarabağ
KOMMENTLƏR
Meşə torpaqları dədə malı kimi SATILIR - İTTİHAM
Vüqar Kərimova KORRUPSİYA İTTİHAMI - "Bunlar ancaq bunu plan kəsirinə salıblar..."
Xıdırov getsə də, Kərimov HƏLƏ DƏ İŞ BAŞINDADIR... - YAŞIL TERROR DAVAM EDİR...
ETSN-nin YENİLMƏZ MÜAVİNİ... - İstədiyini edir...
ETSN çətin sual qarşısında QALIB? - İTTİHAM
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat