Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunsuz işləyən kolbasa sexinin fəaliyyətini məhdudlaşdırıb.
AQTA-dan verilən məlumata görə, agentlik əməkdaşları Göygöl rayonu, Yeni Qızılca kəndində fəaliyyət göstərən, fiziki şəxs Əmrahov Eşqin Qəzənfər oğluna məxsus kolbasa məmulatlarının istehsalı sexində keçirdiyi yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu müəyyən edib.
Müəssisədə “Fermer” nişanı altında istehsal olunan məhsulların etiketlənməsində tərkibi ilə bağlı reallığı əks etdirməyən, təhrif olunmuş məlumatların yer aldığı və digər nöqsanlar aşkar olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam edir.
Qanunsuz işləyən kolbasa sexinin fəaliyyəti məhdudlaşdırıldı
26
yanvar
22:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat