Bakısəsi xəbər verir ki, hazırda xəstələrin 181-i reanimasiyadadır. 21 xəstə isə süni tənəffüs cihazına qoşulub.
Ümumilikdə 1 803 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qeyd edək ki, son sutkada daha 152 nəfər COVID-19-a yoluxub, 111 nəfər sağalıb, daha 1 nəfər isə vəfat edib.
Bununla da ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 35 426 nəfərə, sağalanların sayı 33 104 nəfərə vəfat edənlərin sayı isə 519 nəfərə çatıb.
