Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 29-da gecə və səhər saatlarında ölkə ərazisindəki magistral avtomobil yollarının bəzi hissələrinin dumanlı olacağı gözlənilir.
Ölkə ərazisində gözlənilən dumanlı hava şəraitinə görə, Bakı-Şamaxı-Yevlax, Füzuli-Cəbrayıl-Mahmudlu, Quba-Xaçmaz, Quba-Qusar, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Bəhramtəpə-Biləsuvar, Bərdə-İstisu, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Ağdam-Ağdərə, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Ağdam-Füzuli-Horadiz, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Naxçıvan-Şahbuz, Lənkəran-Lerik magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq.
Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.
Yollar buz bağlayacaq, duman olacaq
28
yanvar
16:30

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi