Meşələrimzdə olan "soyqırım" və torpaq alveri ilə bağlı olan şikayətlərin ardı-arası kəsilmir. Bu şikayətlər Respublikamızın müxtəlif regionlarından gəlir və bu meşə biznesinin arxasında nazir müavini Vüqar Kərimov cənablarının olduğu deyilir. DİA.AZ bildirir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.
Harada qovulmuş, orta ixtisas təhsilli, təhsilsiz və qeyri-meşəçilər varsa, onları həyatımızın əsasını təşkil edən, bu mürəkkəb meşə sahəsinə rəhbər, baş mütəxəssis və mühəndis vəzifələrinə gətirib doldurublar!
Görəsən, Vüqar müəllimin meşə sahəsinə belə düşmancasına yanaşmağda məqsədi nədir?!
Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıbov Əmək müfəttişliyindən qovulmasına baxmayaraq, onu hazırda tutduğu vəzifəyə tanışı nazir müavini Vüqar Kərimov gətirib. Bu şəxs meşə sahəsində ümumiyyətlə naşı bir kadrdır , amma dövlət meşə fondu torpaqların vətəndaşlara kənd təsərrüfatı bitkiləri və yonca əkmək üçün satmaqa gəldikdə isə təcrübəli bir direktorudur. Qeyri-qanuni k/t bitkiləri və yonca əkilən yerlər, əsasən Salyan, Saatlı və Sabirabad meşəbəyliylərində əkilib. Əkilən yerlər Salyanın Şorsulu, Daykənd, Quyuçu və Yenikənd, Sabirabadın isə Buldux və Həşımxanlı kəndlərindədir. Şəxsən özü üçün isə Kürdəmir ərazisində Sığırlı meşəbəyliyində (dövlət meşə fondunda) 40.00 əraziyə taxıl bitkiləri əkib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Nazir müavini meşələri ƏKİB-BİÇİR... - İDDİA
29
yanvar
10:42

Qarabağ
KOMMENTLƏR
Sabirabadda dövlətin malına dədə malı kimi baxan KİMDİR? - İTTİHAM VAR!
Vüqar Kərimov yenə də İŞ BAŞINDADIR... - "..."dur" deyən tapılacaqmı?!"
Vüqar Kərimovun MEŞƏ BİZNESİ... - Dövlət malı belə QARƏT OLUNUR
Xıdırov getsə də, Kərimov HƏLƏ DƏ İŞ BAŞINDADIR... - YAŞIL TERROR DAVAM EDİR...
Masallıda NƏ BAŞ VERİR? - İLGİNC İDDİA
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər