Daxili İşlər Nazirliyi (DİN) Bakıda ərəb turistlərin kütləvi davası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Nizami rayonunda gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi davanın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Hadisə ilə bağlı qeyd edək ki, insident ölkəmizə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib. Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib. Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan olan Nizami Rayon Polis İdarəsinin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar", - məlumatda qeyd edilib.
***10:21
Bakının Nizami rayonunda kütləvi dava düşüb.
Trend xəbər verir ki, hadisə dünən gecə saat 12 radələrində "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "X-Life" gecə klubunun yaxınlığında baş verib.
Ərazidə yaşayan sakinlərin dediklərinə görə, əraziyə polis əməkdaşları cəlb olunub, bir neçə nəfər saxlanılıb.
Bakıda məşhur gecə klubunda dava düşdü - VİDEO - YENİLƏNİB
29
yanvar
12:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat