Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən vəkillər müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər. Məhərat Mustafayevin vəkili çıxışında hökm qəbul edərkən müvəkkilinin Gəncədə görülən işlərdə mühüm rolu olduğunu həmçinin xəstəliyinin nəzərə alınmaması xahiş edib. 
Təqsirləndirlilən şəxslər də son sözlərində məhkəmədən bəraət istəyiblər.
Prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər- Məharət Musayev və Əli Rüstəmov 4 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirli bilinərək barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Razin Qəhrəmanov isə 10 min manat cərimə edilib.
Qeyd edək ki, prokuror Məharət Mustafayev və Əli Məmmədova 6 il, Razin Qəhrəmanova isə 5 il həbs cəzası istəmişdi.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham olunur
скачать dle 12.1