Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən itkin düşən və bu gün nəşi tapılan baş leytenant Fuad Bağırov Şirvan şəhərində dəfn olunacaq.
Report xəbər verir ki, hərbçinin nəşi ərazidən götürülərək Gəncə şəhərində olan morqa aparılıb. Daha sonra Şirvan şəhərinə göndəriləcək və sabah orada torpağa tapşırılacaq.
Qeyd edək ki, əslən Şirvan şəhərindən olan F.Bağırov ailəsi ilə birgə Gəncə şəhərində yaşayırmış. Onun 3 aylıq bir qızı yadigar qalıb.
Xatırladaq ki, bir neçə gün öncə Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən Azərbaycan Ordusunun 4 hərbçisi itkin düşmüşdü. Onlardan üçü həmin gün sağ tapılsa da, F.Bağırovun axtarışları davam etdirilirdi. Onun nəşi bu gün günorta saatlarında tapılıb.
Nəşi tapılan baş leytenant bu şəhərdə dəfn OLUNACAQ
31
yanvar
18:54

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat