Koronavirusa yoluxmuş şəxslərin də PCR testi mənfi nəticəli ola bilər. Xəstəliyin bütün əlamətləri varsa, həmin şəxs yoluxduğu üçün başqaları ilə ünsiyyəti azaltmalıdır.
Bu barədə rusiyalı infeksionist, vaksinoloq Yevgeni Timakov danışıb:
"Əgər testi mənfi olarsa və xəstəliyin bütün əlamətləri varsa, deməli, analizin səhv götürülüb. "Omikron” ştammı burun boşluğunu çox tez tərk edə və testlərlə aşkar edilməyə bilər”.
Onun sözlərinə görə, "Omikron” ştammında aktiv virusun ayrılması artıq inkubasiya dövründə başlayır. Onun orta müddəti iki-üç gündür. Yəni, bir həftə ərzində həmin adamın koronavirusa yoluxub-yoluxmadığı məlum olur.
Yevgeni Timakov əlavə edib ki, təhlükə müddəti istənilən halda fərdidir. Bu, xəstəliyin şiddətindən asılıdır, əlavə olaraq, peyvənd edilmiş insanlar xəstəliyi daha yüngül keçirirlər.
"Əvvəlki ştammlarda on gündən üç həftəyə qədər vəziyyətin ağırlığından asılı olaraq yoluxuculuq qalırdı. Uşaqlarda isə virus bir aydan çox müddətdə bağırsaqdan aktiv formada təcrid olunurdu. "Omikron”da isə bunları müşahidə etməmişəm”, - deyə o bildirib.
Mənbə: Mk.ru
İnfeksionist: “PCR testi mənfi çıxanlar da koronaviruslu ola bilər”
02
fevral
11:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat