Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.
Yevlax rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ Müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur. 
Hazırda faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
***
11:31
Yevlax rayonunda partlayış nəticəsində çoban həlak olub.
Goranboy rayonunda yaşayan Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov Yevlaxın Şirinbulaq yaşayış s,ahəsinə yaxın ərazidə hərbi sursatın partlaması nəticəsində aldığı xəsarətdən ölüb.
İlkin ehtimala görə, hərbi sursat, "Smerç" raketinin qalığı Vətən Müharibəsi dövründə ermənilər tərəfindən atılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
скачать dle 12.1