Son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, koronavirusa 5223 yoluxma faktı qeydə alınıb. Bəs görəsən COVID-19-a yoluxanların sayının artması qapanmalara səbəb ola bilərmi?
Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bildirib ki, "Omikron" ştamı həddən artıq yoluxucu olduğu üçün bu cür yayılması gözlənilən idi.
Onun sözlərinə görə, virusun öldürücülüyü əvvəlki ştamlarla müqayisədə xeyli aşağıdır:
"Buna baxmyaraq, yeni bir dalğa yarada bildi. Bu yoluxmanın artması da ona bağlıdır. Doğrudur, yoluxma geniş yayılıb. Amma bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisi kollektiv imunitetə daha yaxındır. Yəni, vaksinasiya olunanların və yoluxub sağalanların sayı 70-75 faizi əhatə etdiyi üçün kollektiv imunitetə daha yaxınıq. Bizdə başqa ölkələrlə müqayisədə epidemoloji vəziyyət pis deyil. Hazırda xəstəxanalarda yelər var. Diqqət olunmalıdır ki, xəstələrin içərisində daha ağır olanlar mülaicə üçün xəstəxanaya yerləşdirilsin. Xəstəliyi yüngül keçirənlərin isə həkim nəzarəti altında ev şəraitində müalicə olunmaları daha məqsədəuyğundur".
Həkim qeyd edib ki, hazırda qapanmalara getməyə lüzum görmür:
"Dünya ölkələrinin təcrübəsi də göstərir ki, qapanmalara getməyə ehtiyac yoxdur. Bir çox ölkələrdə demək olar ki, qapanmalardan imtina etdilər. Biz də onlara uyğun qərarlar verməliyik".
"Hazırda qapanmalara getməyə lüzum görmürəm" - Həkim
02
fevral
14:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat