Prezident Administrasiyası İAMAS sistemindən vətəndaşların şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhəd keçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədləri də sorğulaya biləcək.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Osman Gündüz xatırladıb ki, bu gün Prezident 2008-ci ildə qəbul edilən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə dəyiklik edilməsi haqqında fərman imzalayıb:
“Dəyişikliyə əsasən, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) informasiya əldə edə bilən dövlət qurumlarının siyahısı genişləndirilib. Belə ki, Prezident Administrasiyası da İAMAS sistemindən vətəndaşların şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhəd keçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədləri də sorğulaya biləcək. Fərmana görə, bu səlahiyyət Prezident Administrasiyasına vətəndaşların müraciətlərinə baxılması, şəxslərin qəbulunun təşkili, əfvetmə, təltif, işçilərin şəxsi işlərinin elektron qaydada aparılması məqsədilə verilib”.
Onun sözlərinə görə, adıçəkilən əsasnamədə çox sayda dövlət qurumlarının İAMAS-a vətəndaşlar haqqında hansı məlumatları daxil edəcəyi və hansı məlumatları da İAMAS-dan ala biləcəyi qeyd edilib:
“Ölkənin ən nəhəng informasiya sistemi olan İAMAS-ın operatoru Daxili İşlər Nazirliyidir”.
Prezident Administrasiyasına yeni səlahiyyət verildi
04
fevral
14:38

Qarabağ
KOMMENTLƏR
Prezident bu Əsasnamədə dəyişiklik etdi
Sərhədkeçməyə məhdudiyyət siyahısı il bağlı səlahiyyətli dövlət qurumlarının sayı artırılıb
DYP-nin mərkəzi informasiya sistemindən istifadə ödənişsiz olacaq
Milli Məclisin plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Prezidentdən Avropa Çempionatı ilə bağlı SƏRƏNCAM
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat