Neçə müddətdir ki, Şəki Suvarma Sistemləri İdarəsində cərəyan edən özbaşınalıqlarla bağlı saytımızda yetərincə əsaslı faktlar işıqlansa da, nədənsə aidiyyatı qurumlar iddia olunanlarla hansısa reaksiyanı verməyə tələsmir.
Zaur Mikayılovun Şəkidəki kadrı GÜL VURUR - NARAZILIQ!
Elə bu reaksiyasızlıq da Şəkidən olan narazı vətəndaşlarda təəcübə səbəb olmaqdaadır. Bu barədə DİA.AZ-a yazan vətəndaşlar qeyd edirlər:
"Əhmədov Sabir eyni əməllərlə məşğuldur. Dəyişən heç nə yoxdur. Zaur Mikayılov niyə Əhmədov Sabirlə bacara bilmir? Niyə ona gücü çatmır? Ona görə ki, aldığı rüşvətlərdən ona da çatır?
Bu insan heç kimdən çəkinmir. Asanııqla, rahatçılıqla dövlətin ayırdığı pulları mənimsəyir və özünə sərvət qurur. Bu qədər şikayətlərin qabağında Sabir Əhmədov yenə də bildiyini edir. Onda belə çıxır ki, özü dediyi kimi, həqiqətən də arxasında Əhməd Əhmədzadə durub. Zaur Mikayılov da ona toxunmağa qorxur?!
İllərdir dövlətin idarə üçün ayırdığı təmir-tikinti məqsədli pulların hamısı öz cibinə gedir... Cənab Mikayılovun xəbəri var ki artezianlar nə gündədir?! Xəbəri var ki Sabir Əhmədov kənd sakinlərini aylıq pul verməsələr, su üzünə həsrət qoyur?
Bəs Sabir Əhmədovun malı, mülkü hardandır? Bunu sən dövlətin verdiyi maaşnan necə almısan? Təbii ki idarəyə ayrılan pulları mənimsəməklə... "levi" maaş kartları ilə... kənd cahaamatından su qarşılığında aldığın rüşvətlə... "artezian çəkirəm" adı ilə aldığın pullar ilə..."
Zaur Mikayılov Əhmədzadənin kadrının əlində ACİZ QALIB... - GİLEY
08
fevral
10:50

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar