Şəkərli diabet xəstələri COVİD-19-a qarşı peyvəndləmə kompaniyasında fəal iştirak etməlidirlər.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva məlumat verib.
O bildirib ki, ilk növbədə endokrinoloqun qəbulundan keçib, tam müayinə olunub və kompensasiya dövründə COVID-19 peyvəndi vurulmalıdır:
"Planlı şəkildə hər şəkərli diabet xəstələri 6 aydan bir həkim-endokrinoloqun qəbulunda olmalıdırlar. "Check-Up” müayinə keçəndən sonra həkim qərar verir ki, pasient ikinci dozanı və yaxud "buster” dozanı vura bilər, yoxsa yox.
COVID-19-un "Omicron” variantı sürətlə bütün dünyada yayılır. Bunu nəzərə alaraq, kompensasiya dövründə olan şəkərli diabet xəstələri mütləq ikinci dozadan və yaxud xəstələnib sağaldıqdan 5 ay sonra üçüncü doza ilə peyvənd olunmalıdırlar. Qeyd edim ki, peyvəndin ikinci dozasından sonra 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı” fevral ayının 15-dən sonra etibarlı hesab edilməyəcək”.
Şəkər xəstələri COVID-19 vaksini vurdura bilərmi? - AÇIQLAMA
08
fevral
14:59

Qarabağ
KOMMENTLƏR
"Şəkərli diabet xəstələri mütləq vaksin vurdurmalıdır" - Həkim
Azərbaycanda 3-cü doza vaksinin vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA
Oruc tutmaq bu şəxslər üçün TƏHLÜKƏLİDİR
Şəkər xəstələri COVID-19-a qarşı vaksinasiyadan keçməlidirlərmi? - Həkimdən açıqlama
Etibarlı COVID-19 pasportu olmayanlar bu xidmətlərdən istifadə edə bilməyəcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat