"Artıq iki ilə yaxındır ki bu pandemiya davam edir. Hazırda yayılan koronavirusun yeni növü olan "Omikron”dur. Lakin "Omikron”nun koronavirusun digər ştammlarından fərqi odur ki, mutasiya olunub və insanlar bu xəstəliyi daha yüngül keçirirlər”.
Bunu tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva AzTV-nin efirində yayımlanan "Çıxışa Doğru” verilişində qonaq olarkən deyib.
O bildirib ki, bu o demək deyil ki, vaksinasiya olunmuş insanlar "Omikron”a yoluxmayacaq:
"Bu, bir faktdır. Digər tərəfdən əgər koronavirus infeksiyasının özü yalnız yaşlılar, xroniki xəstəliyi olanlar arasında daha çox yayılırdısa, "Omikron” uşaqlar arasında sürətlə yayılır. Onu da qeyd edim ki, hətta koronavirus infeksiyası yeni yayıldığı zamanlardan belə uşaqlar hər zaman təhlükə mənbəyi kimi görünürdü. Uşaqkar koronavirusu açıq simptomla keçirməsələr də, böyükləri yoluxdura bilirdilər. Amma bu gün uşaqlar "Omikron”u simptomlar büruzə verərək keçirirlər. Bir növ qrip kimi bu xəstəlik uşaqlar arasında yayılıb.
Uşaqların immun sistemi böyüklərdən zəif olduğu üçün bu gün intensiv terapiyaya ehtiyacı olan uşaqlar üstünlük təşkil edir”.
Bu gün uşaqlar “Omikron”u simptomlar büruzə verərək keçirirlər
08
fevral
19:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat