"İtkin düşən şəxs daşla özünə xəsarətlər yetirib".
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb: "Araşdırmalarla məlum olub ki, məktəbli, atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə "pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, - deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddialar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib".
"Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, mobil telefon gizlətdiyi yerdən aşkarlanıb", - o vurğulayıb.
*** 15:08
Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşən, sonradan tapılan yeniyetmə ilə bağlı araşdırma aparır.
Nazirliyin mətbuat xidmətindən HİT.az-a bildirilib ki, Qaradağ rayonunda baş verən hadisə ilə bağlı məlumatlıdırlar:
“Fakt nəzarətə götürülüb. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaq”.
*** 13:26
Ötən gün Bakının Qaradağ rayonunda itkin düşən 15 yaşlı Qəhrəmanov Murad Azər oğlu tapılıb.
HİT.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Yeniyetmə al-qan içində tapılıb. O, məhləyə çatanda özündən gedib. Qohumu 15-30 yaş aralığında 3 kişi tərəfindən qəbistanlığa aparılan Muradın döyüldüyünü bildirib. Başından çoxsaylı zərbələr alan məktəblinin vəziyyəti orta ağırdır. //bizimmedia
"İtkin düşən şəxs daşla özünə xəsarətlər yetirib" -RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)
10
fevral
16:37

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat