Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz facebook hesabında "Azercell” mobil operatoru haqda paylaşım edib.
7News.Az həmin paylaşımı təqdim edir:
"Azercell” adlı mobil operatorun müştərilərinin cibinə girdiyi barədə məlumatlıydım. Ancaq "əlində tutulmayıbsa, oğru deyilsən” prinsipini rəhbər tutaraq , həmin şirkətlə yalnlz bir qədər məsafəli davranmaq qərarına gəlmişdim. Etirazımı maliyyə boykotu ilə ifadə etməyə çalışırdım. 2011-ci ilin noyabr ayında aldığım (051) 990-00-77 nömrədən daha çox zəng qəbul etmək üçün istifadə edirdim.
Rəhbərlik etdiyim Azinforum.az saytında əlaqə vasitəsi kimi həmin nömrəni qeyd etmişəm. Az istifadə etməyimə baxmayaraq, nömrənin balansına kontur yükləmişəm. Bir neçə gün əvvəl baxdım ki, nömrə tam bağlanıb. Balansımda 120 manatdan artıq kontur vardı. Bu gün müştəri xidmətinə yaxınlaşdım, dedilər ki, nömrənizə kontur yükləmədiyiniz üçün nömrəniz ləğv edilib. Nömrə qardaşımın adına olduğu üçün dedilər ki, şəxsiyyət vəsiqəsilə yaxınlaşsın 5 manat versin, nömrəni bərpa edək. Soruşdum ki, balansdakı kontur qalırmı? Cavab belə oldu ki, yox, həmin kontur şirkətin hesabına keçib. Buna dələduzluqdan , oğurluqdan, vətəndaşın cibinə girməkdən başqa adı vermək olarmı?
Bəs, şirkətin sosial, mədəni məsuliyyəti harda qaldı? Götürüb həmin balansdan 5 manatı keçirib, cibə girməsəydi, mən normal qarşılayardım. Mövqeyim belədir ki, "Azercel” cibimdən oğurladığı 120 manatı geri qaytarmayana kimi, həmin operatorun xidmətindən istifadə etməyəcəm və əhalimizə dünyadakı qiymətlərlə müqayisədə ən bahalı xidməti göstərən operatorun fırıldağını ifşa etməyə davam edəcəm. Mesaj gəlib ki, şikayətiniz qeydə alınıb, 5 iş günü ərzində baxılacaq. Bilirəm ki, özlərini haqlı çıxaran şablon cavab verəcəklər. "Azercell”-dən konturumu özümə qaytarmasını səbirsizliklə gözləyirəm!
“Azercell”in aşkar oğurluğu və fırıldağı…
11
fevral
12:27

Qarabağ
KOMMENTLƏR
Azercell-in 050-211-288 nömrələri 8-10 min manatdır-Abunəçi sahib olduğu bu nömrələri kiminsə adına köçürmək üçün şirkətə 5 min ödəməlidir
Azercell indi də aylıq abunəçilərə “kontur atır”- Şirkət müştərilərini məhkəmə ilə hədələyir
"Azercell" üçün müştəri məmnuniyyəti ƏN SONUNCUDUR... - Görünəni budur...
Artıq Azercell abonentləri "MilliÖn"dən kontur yükləyə bilməyəcək
Bitməyən şikayətlər:“Azercell” müştəriləri necə tora salır? – ŞİKAYƏT VAR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat