Bərdədə 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı hökmdən protest veriləcək.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərdə bildirilib ki, Bərdə rayon Məhkəməsi tərəfindən Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə istintaqı tamamlanmış cinayət işi üzrə verilmiş bəraət hökmündən qurum tərəfindən protestin verilməsi təmin ediləcək. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin hökmündə qeyd olunub ki, təqsirləndirilən şəxsə qarşı ittihamın sübuta yetirilmədiyi səbəbi ilə ona bəraət verilib.
Xatırladaq ki, 2021-ci ilin yay aylarında Bərdənin Cumalar kənd sakini polisə müraciət edərək qızının 2020-ci ilin avqust ayında həmkəndlisi tərəfindən zorlandığını bildirib. Ekspertizanın rəyi əsasında həqiqətən də qızın bakirəliyinin pozulması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini Y.B saxlanılaraq istintaqa cəlb olunub.
Azyaşlıya seksual hərəkətlər edib bəraət alan şəxsin hökmündən protest veriləcək
14
fevral
12:51

Qarabağ
KOMMENTLƏR
Məhkəmənin bəraət verdiyi şəxs HƏBS OLUNDU
Azərbaycanda məhkəmənin bəraət verdiyi şəxs həbs edilib
Abşeronda İYRƏNC CİNAYƏT: Qonşunun 14 yaşlı qızına...
Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq edən şəxs həbs edildi – RƏSMİ
Azərbaycanda DƏHŞƏT: 13 yaşlı qızı qaçırıb, təcavüz edən əmi həbs edildi (YENİLƏNİB)
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat