"Bir gün oturmuşdum otağımda, mənə xəbər gəldi ki, sizin institutun adı dəyişdirilir. Mənim də bundan xəbərim yox idi".
Bunu sabiq təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Laf TV-nin efirində çıxış edərkən deyib. O, bu xəbəri eşidən kimi AMEA-nın prezidenti Ramiz Mehdiyevə zəng etdiyini bildirib:
"Zəng etdim, telefonu açmadı. Daha sonra, bölmə və aparat rəhbərləri ilə əlaqə saxladım. Onlar da məsələdən xəbərsiz olduqlarını bildirdilər. Nəhayət, çox çətinliklə də olsa, Ramiz Mehdiyevlə danışa bildim. Mənə dedi ki, sənin nə işin var, dəyişirəm də. Mən soruşdum ki, niyə dəyişirsən, səbəb nədir? Ad dəyişməklə məzmun dəyişəcək ki? Kimin təklifi ilə dəyişirsən? Ramiz Mehdiyev dedi ki, mənim kefim belə istəyir, dəyişirəm.
Bizim instituta amorf bir ad qoymaq istəyirdi. Yəni, bu adamın 2 il 4 ay ərzində AMEA-ya vurduğu zərbəni heç kim vurmayıb".
"Ramiz Mehdiyev dedi ki, mənim kefim belə istəyir" - Sabiq nazir
14
fevral
16:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat