"Hər 3 aydan bir Türkiyəyə müayinəyə gedirəm. Bu dəfə də şükürlər olsun ki, hər şey tər-təmiz çıxdı".
Bunu açıqlamasında Xalq artisti Ağadadaş Ağayev deyib. O, artıq özünü yaxşı  hiss etdiyini və xəstəliyə qalib gəldiyini ifadə edib:
"Demək olar ki,  artıq mən bu xəstəliyə qalib gəlmişəm. Amma yenə də bu cür yoxlamlar olmalıdır. Hər 3-6 aydan bir yoxlamalara gedirəm". 
Müğənni həmçinin, yanvarın 4-də  Türkiyəyə gedərkən  koronavirusdan test  verdiyini  və test nəticəsinin müsbət çıxdığını deyib:
"Koronavirus  test nəticəm pozitiv çıxdı. Bir həftə karantinə aldılar. Nə temperaturum, nə də hər hansı bir narahatlığım oldu. Hər  şey  çox gözəl keçdi və sağlıq durumum qaydasındadır".  
"Türkiyədə koronavirusa yoluxdum" -Ağadadaş Ağayev
  • "Türkiyədə koronavirusa yoluxdum" -Ağadadaş Ağayev
скачать dle 12.1