AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka həbs olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində artıq məhkəmə qərarı var. Məlumata görə, Nərimanov rayon Məhkəməsi E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.
E.Əmirov barəsində çoxsaylı şikayətlər olub. Şikayətlərin əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olduğu deyilir. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.
E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.
***
12:00
AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov "Unikal"ın sorğusuna cavabında məlumatı təsdiqləyib.
O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb:
“Hazırda araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.
Məhkəmə Ramiz Mehdiyevin köməkçisi ilə bağlı QƏRAR VERDİ - YENİLƏNİB
15
fevral
13:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat