İrşad Telecom sosial şəbəkədə rəqib mağazanın paylaşımına rəy yazan əməkdaşını işdən çıxarıb.

Bu barədə 32gun.az-a işdən çıxarılan İrşad Telecomun satış məsləhətçisi Şahlar Həsənov özü məlumat verib.

O qeyd edib ki, “Facebook” sosial şəbəkəsində rəqib mağazanın paylaşımına rəy yazdığı üçün işdən azad edilib.

Zərərçəkənin sözlərinə görə, bir rəyə görə işdən çıxarılmaq düzgün deyil:

“Rəy yazdıqdan bir neçə saat sonra məni rəhbərlik çağırdı. Dedi ki, ərizəni yaz çıx. Mən də ərizəmi yazıb çıxdım.

Bəlkə də düzgün deyildi o rəyi yazmağım, amma buna görə işdən çıxarmaq yalnış idi. Elə gün olub ki, 3-4 gün evə getmədən 24 saat işləmişəm, həm də əlavə vəsait almadan. Məni belə şeyə görə işdən azad etməkləri düz deyildi”.(32gun.az)




скачать dle 12.1