Sabirabad Statistika İdarəsinin rəisi Fuad Məmmədov dövlət büdcəsindən mənimsənilən külli miqdarda vəsaitin icra başçısına çatdığını bildirib
Sabirabad Rayon Statistika İdarəsinin rəisi Fuad Məmmədov həbs oluna bilər. Bu barədə Xalqxeber.az-a daxil olan məlumatda bildirilir ki, Sabirabad Statistika İdarəsi rəisi dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur. 
Saytımıza daxil olan məlumatda qeyd edilir ki, 2019-cu ildə ölkə üzrə həyata keçirilən əhalinin siyahıyaalınması prosesində Sabirabad rayonunda iştirak edən yardım komissiya üzvülərinin adına olan 2 (iki) aylıq əmək haqqının böyük hissəsi Statistika idarəsinin rəisi Fuad Məmmədov tərəfindən mənimsənilib. Belə ki, əhalinin siyahıyaalınması prosesində Sabirabad rayonunda iştirak edən yardım komissiya üzvülərinin böyük əksəriyyətinin sadəcə adları mövcud olub və onlara dövlət büdcəsindən 2 (iki) ay müddətinə əmək haqqı verilib. 
Aldığımız məlumata görə baş verən korrupsiya maxinasiyasının üstü açıldıqdan sonra Statistika İdarəsinin rəisi Fuad Məmmədov Sabirabad icra başçısı Siraqəddin Cabbarovu günahlandırıb. Hətta Statistika idarəsi rəisinin adı olub özü olmayan komisiya üzvülərinin iki aylıq əmək haqqlarının çoxsunu icra başçısının mənimsəməsi ilə bağlı izahat yazdığı və başçının üzünə durduğu bildirilir. 
Görünür Fuad Məmmədov mənimsənilən külli-miqdarda vəsait məsələsində Siraqəddin Cabbarovun üzünə keçməklə özünü həmdə sığortalamaq istəyir. 
Bildirək ki, Sabirabad Statistika İdarəsi rəisinin icra başçısını günahlandırması ilk hal deyil. Belə 

Bildirək ki, bu hadisə Sabirabad icra başçısı üçün birinci hal deyil. 
Belə ki, bir müddət öncə Siraqəddin Cabbarovun Saatlıda müavini işləmiş İlham Quliyevin icra başçısının üzünə durduğu haqdada məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, İlham Quliyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirlidiyi zaman Siraqəddin Cabbarovun üzünə durmuş və izahatında qeyt etmişdir ki, məmurlardan, sahibkarlardan alınan rüşvətləri  icra başçısına verib. 
Xalqxeber.az-a daxil olan məlumatda iddia edilir ki, Sabirabad Statistika İdarəsi rəisi Fuad Məmmədovun Siraqəddin Cabbarovun üzünə durması, icra başçısının sonunu gətirə bilər. 

Məsələ ilə bağlı araşdırmamız davam edir.скачать dle 12.1