Xəbər verdiyimiz kimi, sabah saat 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bununla bağlı açıqlamasında bildirib ki, iclasda Azərbaycan Milli Elmlər Akademiyasının prezindeti Ramiz Mehdiyevin öz müraciəti əsasında vəzifəsindən çıxması məsələsinə baxılacaq.
Onun sözlərinə görə, bu məsələ əvvəl AMEA-nın Rəyasət Heyətində müzakirə olunub və onun müraciətinin qəbul olunması məqsədəuyğun sayılıb. Akademik qeyd edib ki, sabah AMEA prezidentinin vəzifəsinin icrası Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunacaq:
"Nizamnaməyə uyğun olaraq, akademiyanın prezidenti vəzifəsindən getdikdə, seçki keçirilənə qədər onun funksiyalarını birinci-vitse prezident yerinə yetirir. Akademik Arif Həşimov hazırda akademiyanın birinci vitse-prezidentidir və seçkiyə qədər bu funksiyaları o yerinə yetirəcək".
AMEA-ya yeni prezident seçkilərinin nə zaman keçiriləcəyinə gəlincə, İ.Həbibbəyli bu barədə qərar olmadığını bildirib.
AMEA prezidentinin vəzifəsi bu şəxsə həvalə olunacaq
18
fevral
14:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat