Xəbər verdiyimiz kimi, Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş Füzuli şəhərinə səfər etdiklərinə görə cəzalandırılıblar. Belə ki, məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Bəs görəsən, müğənni və iş adamı Füzuli şəhərinə çatana qədər yollarda quraşdırılan polis postlarından (nəzarət-buraxılış məntəqəsi) necə keçiblər?

Bununla bağlı DİN-in şöbə rəisi Elşad Hacıyev açıqlama verib.
E. Hacıyev bildirib ki, sözügedən məsələ araşdırılır.скачать dle 12.1