Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Axar.az-a açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, Əfqan Abdullayev vəzifəsindən əmək müqaviləsinin vaxtı bitdiyi üçün azad olunub.
Qeyd edək ki, nazirlikdə ən yüksək elmi dərəcəyə sahib olan professorun işindən uzaqlaşdırılması müzakirə yaradıb. Ə.Abdullayev Bakupost.az-a açıqlamasında bu ilin yanvar ayında işdən çıxarılması ilə bağlı ərizə yazdığını deyib. O, hazırda işsiz olduğunu bildirib və vəzifədən uzaqlaşmasının səbəbləri barədə danışmaq istəməyib.
Xatırladaq ki, Abdullayev bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu. Bundan əvvəl ADU-nun rektor əvəzi və tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdı.