Azərbaycanda səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu işğaldan azad olunmuş Şuşa şəhərini ziyarət edib. 
Spikerin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa Qala divarları, Cıdır düzü, Bülbülün ev muzeyində və digər tarixi məkanlarda olub. 
İqor Qrosu Azərbaycan Prezidentinin Şuşanı “Azərbaycanın mədəniyyət paytaxtı” elan etdiyini və bunun şəhərin həyatında yeni mərhələ olduğunu bildirib:
“Şuşada olarkən bir çox muzeyləri, görməli yerləri ziyarət etdik. Şuşada mədəniyyət ab-havası, heyrətamiz təbiət var. Yəqin ki, məhz buna görə bu torpaq çoxlu istedadlar yetişdirib”.
скачать dle 12.1