"Neftçi” futbol klubunun qapıçısı Aqil Məmmədov dizindən əməliyyat olunub.
Bu barədə klubun baş həkimi Şaiq Zöhrablı rəsmi sayta açıqlama verib.
O, əməliyyatın uğurlu alındığını bildirib: "Aqil noyabrda zədələnəndən sonra müalicə olunmuşdu. Lakin dekabrda ağrılar başladığına və şişmə olduğuna görə Bakıda əməliyyat olundu. Bununla belə, əməliyyatdan sonra diz oynağında ağrılar tam keçmədiyinə və şişkinlik davam etdiyinə görə Türkiyəyə – "Acıbadəm” klinikasına göndərildi. Orada Professor Doktor Sinan Karaoğlu, Doktor Bertan Cengiz və Doktor Mehmet Çavuşun həyata keçirdiyi əməliyyatla təkrar olaraq diz oynağına girildi, yara nahiyəsi işlənildi".
Zöhrablı əməliyyatdan sonrakı ikinci gündə Məmmədovun vəziyyətinin yaxşı olduğunu və müalicəsinin davam etdiyini söyləyib: "Aqilin təxminən iki aydan sonra fərdi hərəkətlərə başlaması planlaşdırılır”./Report
"Neftçi"nin qapıçısı yenidən əməliyyat olunub
24
fevral
23:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat