Reper Dado (Səid Əliyev) "Şourum" proqramına qonaq olub.
O, verilişdə keçmiş həyat yoldaşı müğənni Natavan Həbibi haqda bəzi açıqlamalar verib.
"Gedirəm uşağı görməyə, çəkiliş edir. Tamaşaçı deyir, barışdırlar. Məhkəməyə vermişəm, qəti qərarımdır. Üç ay müddət veriblər ki, get fikirləş. Heç istəməzdim belə olsun, amma bu yola əl atmağa məcbur etdilər. 3-4 ay idi uşağımı görmürdüm. Ürəyim partlayır, dözə bilmirəm. Gedirəm görməyə, elə şeylərlə rastlaşıram ki, getməyəcəm. Uşaq mənimdir. Var gücü ilə istəyirlər uşaq atasız qalsın. Onu çox istəyirəm, əlimdən gələni etdim ki, uşağın yanında qalım. Məndən başqa uşağın atalı, analı böyüməsini istəyən yoxdur. Nə Natavan, nə onun evindəkilər uşağın atasıyla böyüməsini istədi. İlk uşağam, valideynlərimin ilk nəvəsidir. Mənimlə sənin aranda olan münasibətdir, yazıq baba-nənənin nə günahı? Onun anası qəsdən edir ki, uşaq biz tərəfi tanımasın".
Dado bildirib ki, açıqlama verəndə də onu hədələyirlər:
"İstəmirəm məhkəməyə verim ki, uşağı güclə gətirsinlər valideynlərim görsün. Uşaq doğulandan sonra dəyişdi. Sənə gəlinlik geyindirdim, qadın etdim. Özünə sığışdırmırsan ki, atam, anam gəlsin nəvəsini görsün? Aliment məsələsinə gəldikdə, nə qərar verilsə odur. Dünyanı dağıdaram. Alimenti də haqla istəyrlər. Nə mən, nə valideynlərim gedib görə bilir uşağı. Ona görə aliment verəcəm? Heç kimdən qorxmuram, çəkinmirəm".
Bildirək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Onların Zeyd adlı bir oğlan övladı var
"Sənə gəlinlik geyindirdim, qadın etdim" - Dado (VİDEO)
28
fevral
11:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat