
Onun sözlərinə görə, Rusiya dünya mövqeyində 6-cı yerdədir: "Deməli, Rusiyaya qarşı olan sanksiyalar qarşılıqlı effekt doğurur. Rusiya iqtisadiyyatının çökməsi həm də dünya iqtisadiyyatının altıda birinin çökməsi deməkdir. Eyni zamanda Avropa da, dünya da həmişəki kimi olmayacaq".
Deputat sözlərinə belə davam edib: "Artıq yeni dünya arxitekturasının formalaşması zərurətə çevrilir.
İkinci Dünya Müharibəsindən sonra bəşəriyyət çox böyük bir təhlükə ilə üz-üzə qalıb. Azərbaycan dövlətinin formalaşmış reallıqda mövqeyi bəllidir. Sülhpərvər dövlət olduğumuz üçün istənilən qarşıdurma və siyasi təbədülatların əleyhinəyik. Beynəlxalq birlik, böyük dövlətlər bu məsələdə nə qədər fəallıq nümayiş etdirərsə müharibə də bir o qədər tez sona çatar".