"Mart ayının ilk günlərində temperatur iqlim normasından yüksək olacaq".
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, uzun illər ən soyuq aylardan biri hesab olunan fevral ayı bu il mülayim isti keçərək, xüsusən də son həftəsində, yaz havası ilə fərqlənib: "Fevralın 1-dən 28-dək havanın orta sutkalıq temperaturu 8.2 dərəcə isti olub ki, bu da iqlim normasından 4 dərəcə yüksəkdir. Belə göstəricilərlə, bu ilin fevral ayı son 70 ildə ən isti fevral ayı olub".
Xidmət rəisi qeyd edib ki, ay ərzində ən yüksək temperatur fevralın 9-da 19 dərəcə isti olub ki, bu da iqlim normasından 9 dərəcə yüksəkdir: "Ən minimal temperatur isə fevralın 6-da 1.7 dərəcə qeydə alınıb. Fevralın 13-də isə Bakıda şimal-qərb küləyinin maksimal sürəti 25 m/s -ə çatıb. Ötən illərlə müqayisədə bu il fevralda yağıntı xeyli az düşüb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm (aylıq normanın 14 faizi), Qazax-Gəncə zonasında 1-5 mm (aylıq normanın 2-22 faizi), Qarabağ zonasında 12-16 mm (aylıq normanın 40-45 faizi), Balakən-Şəki zonasında 3-22 mm (aylıq normanın 8-73 faizi), Mərkəzi Aran zonasında 2-13 mm (aylıq normanın 6-62 faizi), Lənkəran-Astara zonasında 40-51 mm (aylıq normanın 39-84 faizi) qeydə alınıb”.
U.Tağıyevanın sözlərinə görə, mart ayının ilk günlərində iqlim normasından yüksək temperatur rejimi davam edəcək, birinci ongünlüyün ikinci yarısı isə hava qeyri-sabit keçəcək.
Martın ilk günlərində temperatur normadan yüksək olacaq
28
fevral
18:18

Qarabağ
KOMMENTLƏR
- İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı
- "Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi
- "Bir gəlin bir nəsli bədbəxt edir" - Mətanət İsgəndərli
- Bakıda gələn aydan böyük söküntü başlayır
- "Newsweek": Trampın NATO-nu zəiflətmək üçün alyansdan çıxmasına ehtiyac yoxdur
- Putinin böyük planı açıqlandı
- Komissiya sədri: “Zelenskiyə təminat verilib, onun yerinə bu şəxs keçə bilər”
- Əkrəm İmamoğlu ikinci dəfə ifadə verir
- Bu gün üçüncü Qədr gecəsidir
- Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik etdi