Rusiya-Ukrayna arasında başlayan silahlı münaqişə Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ən böyük bazarı Rusiyadır, bu mənada qonşu ölkədən asılılığımız ciddi zərərlərlə nəticələnə bilər. İqtisadi itkilərimizlə yanaşı, həm də kənd təsərrüfatı məhsullarının qiymətində ciddi dəyişikliklərin olması da qaçılmazdır.
Xalqxeber.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın kənd təsərrüfatı məhsullarının üçdə ikisinin Rusiyaya ixrac olunduğunu xatırladıb.
Ekspertin sözlərinə görə məhz bu asılılığın olmasını, eləcə də Rusiya bazarındakı təlatüm və rublun dəyərdən düşməsini nəzərə alsaq, dollar ifadəsində Azərbaycan məhsullarının qiymətində ciddi dəyişiklik baş verməsi labüddür:
“Çünki bizim sahibkarlar və fermerlər Rusiya bazarında satdıqları məhsulu sonradan valyutaya çevirərək ölkəyə gətirirdilər.
İndi qiymətlərin artım tempi rublun dəyərdən düşməsinin tempinə uyğun olmasa, yəni rubl daha çox dəyərdən düşsə, o zaman dollar ekvivaletində Azərbaycan məhsullarının qiyməti də düşəcək.
Bu da bizim fermerlərə və iş adamlarına o qədər də sərfəli bir proses deyil. Çünki istər-istəməz satdığı malın qiyməti dollar ifadəsində düşərkən, stimul azalacaq. Bununla da Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracatı yubana bilər”, -deyə iqtisadçı bildirib.
Bu barədə İnam Kərimov DÜŞÜNMƏLİDİR... - qapıdakı TƏHLÜKƏ
01
mart
16:16

Qarabağ
KOMMENTLƏR
Rusiya ilhaq etdiyi ərazilərin sərvətlərini mənimsəyir
Deputat rublun gələcək taleyindən DANIŞDI
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi AÇIQLANDI
Fındıq ixracından ölkəyə 110 mln. dollardan çox vəsait daxil olub
"Payızda qiymət artımının növbəti dalğasını yaşaya bilərik" - Ekspert
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat