Ukraynanın Odessa limanında içərisində azərbaycanlıların da olduğu Türkiyəyə məxsus gəmi sahilə çıxa bilmir.
Odessa limanı minalandığı üçün Türkiyəyə məxsus üç gəmi çarəsiz halda gözləyir.
Bu barədə gəmilərdən birinin kapitanı Fatih Tezel danışıb.
"Müharibə başlayan gündən buradan çıxa bilmirik. Limanın girişi minalanıb. Gəmilərin giriş-çıxışının qarşısını almaq üçün baryerlər qoyulub. Burada gözlədiyimiz üçün yemək və yanacağımız tükənir. Şirkətimiz bizim üçün lazım olan işləri görür. Bu prosesin nə qədər davam edəcəyini bilmirik”.
Onun sözlərinə görə, gəmidəki 14 heyətin 9-u Azərbaycan, digər 4-ü Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.
Gəmi kapitanı deyib ki, onlardan istənilən vəziyyətə hazır olmaları və sığınacaqlara getmələri istənilib.
Hazırda limanın gəmilərlə dolu olduğunu qeyd edən Tezel oraya güclü qar yağdığını da bildirib.
Mənbə: A Haber
Azərbaycanlılar gəmidə çarəsiz vəziyyətdə qalıblar: Odessa limanı minalanıb - VİDEO
01
mart
17:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat