Avqustun 19-da Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən məşhur kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun imperiyasına onun kiçik qardaşı rəhbərlik etməyə başlayıb.
Bakısəsi xəbər verir ki, “Novaya qazeta” yazır ki, Rusiyanın meyvə-tərəvəz bazarlarındakı ticarətçilər indi Namiq Səlifova haqq ödəyəcəklər.
44 yaşlı Namiq Səlifov “qanuni oğru” statusu daşıyır, “Namiq Bakinski” ləqəbi ilə tanınır. 1996-cı ildə Azərbaycan məhkəməsi Səlifov qardaşlarına uzunmüddətli hökm çıxarıb. Lakin necə olubsa, Namiq Səlifov 2001-ci ildə azadlığa çıxıb, 2013-cü ildə İstanbulda keçirilən “sxodka”da ona “qanuni oğru” statusu verilib.
“Lotu Quli” öldürüləndən sonra onun kriminal imperiyasının kimə miras qalacağı Rusiya mətbuatında müzakirə mövzusudur. Belə qənaət hökm sürür ki, kriminal aləmdə nüfuzuna və təsir imkanlarına görə “Lotu Quli”yə bərabər fiqur qalmadığına görə parçalanmalar, toqquşmalar qaçılmaz olacaq.
“Lotu Quli”nin imperiyasının başına kiçik qardaşı keçdi
27
avqust
16:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat