Artıq yay mövsümünün sonlarını yaşayırıq. Qarşıda bizi yağışlı payız, qarlı boranlı qış ayları gözləyir. Hər bir fəslin özünəməxsus gözəlliyi var. Lakin paytaxtın bəzi ərazilərində yaşayanlar üçün payız-qış ayları ən arzuolunmaz mövsümdür.
Özlərinin dili ilə desək, yaxın günlərdə yağışların başlaması ilə onların da qara günləri başlayacaq.
Məsələ ilə bağlı ARB TV-nin efirində maraqlı süjet yayımlanıb.
Uzun illərdir paytaxt ərazisində, eləcə də ətraf qəsəbə və kəndlərdə sakinlərin ən çox qarşılaşdığı problemlərdən biri yolla bağlıdır.
Payız-qış mövsümü başlayan kimi vətəndaşların dərdi sanki təzələnir. Yollar keçilməz palçıq olur, böyüklər işə, uşaqlar məktəbə iki, bəzən üç cüt ayaqqabı dəyişməklə gedib çıxırlar.
Təbii ki, geniş bir layihə çərçivəsində Avtomobil yolları Dövlət Agentliyinin necə deyərlər təmirini davam etdirdiyi və planda növbəsini gözləyən küçələr var. Lakin bu il də yağışlı, qarlı havalarda palçıqlı yoldan keçmək məcburiyyətində qalanlar olacaq. Binəqədinin Məmiş Abbasov kimi bir çox küçələrinin sakinləri də bu taleyi yaşayacaq.
Bakının qəsəbə yolları payız yağışına hazırdırmı? - Video
27
avqust
20:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat