Kür çayında suyun səviyyəsi azaldığından Xəzər dənizinin suyunun 40-50 km məsafə boyu Kürə qarışması nəticəsində aşağı axında yerləşən Neftçala rayonunun əhalisi kəskin su problemi yaşayırdı.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, son günlər respublika ərazisinə yağan intensiv yağışlar, Kürə tökülən Türyançay və Göyçay çayından sel keçməsi, bundan başqa, yağışlara görə Kür boyu rayonlarda əkin suyu vuran su nasoslarının dayanması Kür çayında suyun artmasına səbəb olub. Belə ki, artıq Kür çayının Salyan rayonundan keçən hissəsində suyun səviyyəsi 1 metrdən çox, Neftçala rayonunun ərazisində 60-70 sm qalxıb. Bunun nəticəsində Kür çayının suyu bu gün axşam saatlarında çaya dolmuş dəniz suyunu geri itələyərək dənizə tökülüb. Bununla da artıq 3 aydan çoxdur ki, sudan korluq çəkən Neftçala sakinləri Kür suyundan istifadə etməyə başlayıblar.
Xatırladaq ki, bu ilin may ayının sonlarından Kür çayının suyuna dəniz suyu qarışdığına görə şorlaşdığından əkin sahələrinin suvarılması dayandırılmışdı. Mal-qaranın suvarılmasında da ciddi problemlər yaşanırdı. Neftçala rayon əhalisinin istifadəsi üçün içməli su isə hər gün 50 km aralıda yerləşən Salyan rayonundan avtomaşınlarla daşınırdı. Hazırda Neftçala rayonunda analoji problem yaşanmaması üçün "Azərsu" ASC tərəfindən Şirvan-Muğan qrup su kəmərindən qidalanacaq 44 km uzunluqda magistral su xətti də çəkilir. Artıq magistral su kəmərin 22 km-lik hissəsində işlər yekunlaşıb. Bununla da su anbarının və magistral kəmərin tikintisi üzrə işlərin 50 faizi icra edilib. Tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral su kəməri Neftçala şəhərindəki mövcud şəbəkəyə birləşdirildikdən sonra suyun verilməsi təmin ediləcək.
Kür çayı Xəzərə qovuşdu
28
avqust
10:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat