Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Xidmətdən verilən məlumata görə, martın 14-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Astarada 29 mm, Sarıbaşda (Qax) 17 mm, Beyləqanda 11 mm, Balakən, Oğuzda 9 mm, Altıağac, Lerik, Kişçay (Şəki), Zaqatala, Xaltanda 8 mm, Ağdam, Yardımlı, Şəkidə 7 mm, Tərtər, Qəbələdə 6 mm, Bərdə, Yevlaxda 5 mm, Biləsuvar, Mingəçevir, Zərdab, Qrız, Quba, Tovuzda 4 mm, Göyçay, İmişli, Gədəbəy, Qobustanda 3 mm, Ağdərə (Ordubad), Naftalan, Şəmkir, Şabran, Ağstafa, Qusar, Kürdəmir, Daşkəsəndə 2 mm, Naxçıvan, Şahbuz, Göygöl, Gəncə, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Ağsu, Şahdağ, Qax, Göytəpə, Ceyrançöl, Xınalıq, İsmayıllı, Şamaxı, Xaçmazda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 3 mm, Bakı, Maştağada 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 64 sm, Şahdağda 48 sm, Xaltanda 29 sm, Altıağacda 28 sm, Kişçayda (Şəki) 23 sm, Daşkəsəndə 21 sm, Ləzədə 17 sm, Qrızda 13 sm, Göygöldə 8 sm, Ağdərədə (Ordubad) 6 sm, Lerikdə 4 sm, Yardımlı, Xınalıq, Şəkidə 3 sm, Qobustanda 2 sm, Zaqatala, Qubada 1 sm təşkil edib.
Şərq küləyinin sürəti arabir Hacıqabulda 24 m/s, Naftalan, Sabirabad, Culfada 20 m/s, Gəncə, Naxçıvanda 18 m/s, Tərtərdə 16 m/s, Şirvanda 15 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda iqlim normasından 2 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7 dərəcəyədək şaxta, dağlıq rayonlarda 10-14 dərəcə şaxta, aran rayonlarında 1-4 dərəcə isti qeydə alınıb.
Sarıbaşda 64 sm hündürlüyündə qar yağıb - FAKTİKİ HAVA
14
mart
12:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat