Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İmran Ağayev son söz deyib. Sabiq baş həkim özünü ittihamlarda təqsirli bilməyib və məhkəmədən bəraət istəyib.
Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə İmran Ağayev 8 il 3 ay azadlıqdan məhrum edilib.
Həmçinin, İmran Ağayevin 3 il dövlət orqanlarında vəzifə tutması qadağan edilir, Rüfət Vəlizadə 3 il dövlət orqanlarında vəzifə tutmaq qadağan edilməklə 8 il 1 ay, Taleh İmanlı 3 il dövlət orqanlarında vəzifə tutması qadağan edilməklə 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, məhkəmə istintaqı zamanı polis nəzarəti altında olan Qulu Orucov isə 2 il dövlət orqanlarında vəzifə tutması qadağan edilməklə 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə İmran Ağayevin 9 il, Rüfət Vəlizadənin 8 il 6 ay, Taleh İmanlının 8 il, Qulu Orucovun isə 6 il azadlıqdan məhrum edilməsini istəyib.
FHN hospitalının sabiq baş həkiminə HÖKM OXUNDU
17
mart
17:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat