Bu gün Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almaq və digər maddələrlə həbs edilən, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, sabiq baş həkim İmran Ağayevin cəzası 4 ildən 3 ilə, Taleh İmanının cəzası 3 il 6 aydan 2 il 6 aya endirilib. Məhkəmənin qərarı ilə Rüfət Əlizadənin cəzası dəyişdirilmədən 3 il 6 ay saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, məhkəmə istintaqı zamanı polis nəzarəti altında olan Qulu Orucov isə 2 il dövlət orqanlarında vəzifə tutması qadağan edilməklə 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə sabiq baş həkim İmran Ağayevin cəzası 4 ilə, Rüfət Əlizadə və Taleh İmanının cəzası 3 il 6 aya endirilib.
Qeyd edək ki, həbs olunan sabiq baş həkim İmran Ağayev Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin bacısı oğludur.
Generalın həbs olunan bacısı oğlunun cəzası yenidən AZALDILDI
01
dekabr
17:28

Qarabağ
KOMMENTLƏR
- "Prezident Əliyevin verdiyi təminatlar Avropa bazarları üçün sabitliyi təmin edə bildi" - Klaus Yohannis
- ABŞ-ın döyüş gəmisi niyə İstanbulda lövbər saldı?
- "Biz itkilərin azaldılması proqramı üzərində çalışırıq" - Prezident
- İlham Əliyev qəbul keçirdi
- Ararat Mirzoyanın 280 milyon dollarlıq malikanəsi
- Xəzərdə 12 kq narkotik aşkarlandı
- Ebru Gündeş sevgilisiylə barışıb Dubaya getdi
- Saytlarda telefon satanları aldadıb pullarını belə aldı
- Gənc və möhkəm dərinin SİRRİ: Nə etməli?
- Tanınmış cütlük 150 milyonluq ev axtarır
- Prezident italiyalı naziri qəbul edib
- Ötən gün yol qəzalarında 8 nəfər ölüb
- Əməkdar mədəniyyət işçisi vəfat etdi
- 4 minlik ev kirayələdilər
- Messi 2022-ci ilin ən yaxşı oyunçusu SEÇİLDİ
- Neft ucuzlaşdı
- Rusiya XİN Latviya səfirinə iki həftə vaxt verdi
- Rusiyada 8000-dən çox Lexus avtomobili geri çağırılacaq
- İspaniya yazda Ukraynaya Leopard tankları göndərəcək
- Antaliyada təyyarəni ildırım vurdu
- ABŞ İranla hərbi qarşıdurmanı istisna etmir
- Metroda qoluna iynə batırılan qızı üç gün sonra Meksika çöllərindən çılpaq tapdılar
- Vətəndaşlardan 12 ov tüfəngi götürüldü
- Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu
- Ronaldu əcnəbi oyunçu limitinə görə debüt edə bilməyəcək
- Əfsanəvi komediya aktyoru vəfat ETDİ
- İran Charlie Hebdo-ya görə, Fransa Araşdırma İnstitutunu bağlayacaq
- Bayden Davosda keçiriləcək Dünya İqtisadi Forumuna getməyəcək
- ABŞ Ukraynaya 3 milyard dollarlıq hərbi yardım paketi ayırıb
- "Rusiya, Azərbaycan və İranın Avropa bazarı üçün oyunçu olmaq imkanı var" - Fatih Dönməz
- Taliban şəhzadə Harrini mühakimə etməyə çağırdı
- Ronaldonun 200 minlik üzüyü gündəm oldu
- Əməkdar mədəniyyət işçisi vəfat etdi
- 4 minlik ev kirayələdilər